Temperatur | |
---|---|
Ölçü vahidi | |
BS | Kelvin |
Ölçü cihazı | termometr |
Qeyd | |
Skalyar kəmiyyət | |
Vikianbarda əlaqəli mediafayllar |
Temperatur (latınca temperatura — normal vəziyyət) və ya hərarət dərəcəsi — fiziki kəmiyyət olub makroskopik sistemdə hissəciyin kinetik enerjisini bir sərbəstlik dərəcəsində xarakterizə edir.
Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət temperatur adlanır. Molekulların hərəkət enerjiləri temperaturdan asılı olaraq dəyişir. Temperaturun azalması ilə molekullarin hərəkət sürəti azalır və −273,15°C-də tamamilə dayanırlar. Bu temperatur temperaturun mütləq sıfrı adlanır. Temperaturun mütləq sıfrını praktik olaraq almaq mümkün deyil. Temperatur yüksəldikcə entropiya artır düşdükdə isə entropiya azalır. Mütləq sıfırda entropiya sıfıra bərabərdir.
Cisimlərin qızma dərəcəsi termometr adlanan cihazla ölçülür. İlk zamanlar düzəldilən tərmometrlər əsasən maddələrin istidən genişlənməsi xassəsinə əsaslanmışdır. Molekulların istilik hərəkət enerjilərinin temperaturla mütənasib olaraq artması məlum olanda artıq Selsi, Faranqeyt, Reomir şkalalarından istifadə edilirdi. Selsi şkalasının sıfrı əriməkdə olan buzun temperaturu ilə, 100 °C-isə normal atmosfer təzyiqində ağzı açıq qabda qaynayan suyun temperaturuna görə seçilir. 0 °C ilə 100 °C intervalı bərabər olaraq 100 yerə bölünərək hər bir hissə 1 °C adlanr. Kelvin və selsi şkalaları arasındakı əlaqə T=t+273,15 kimidir. Yəni buzun ərimə temperaturu t=0 °C Kelvin şkalası ilə 273,15 K-ə suyun qaynama temperaturu 100 °C isə 373 K-dir. Hər iki şkala üçün bir bölgünün qiyməti eynidir. Selsi şkalasının geniş tətbiqinin bir səbəbi də budur.
Əgər iki müxtəlif temperatura malik cism bir-birinin yaxınlığında yerləşiibsə onda onların arasında termodinamiki proses, yəni istilik mübadiləsi baş verir. Burada üç hal mümkündür:
Temperatur termometr və ya temperatur datçiklərinin köməyi ilə ölçülür. Ölçülən obyekt ilə termiki kontaktın yaradılmaısı keçirmə, konveksiya və ya şüalanma yolu ilə kifayət qədər istilik ötürülməsini tələb edir. Ölçmə dəqiqliyi hava, istilik balansı, istilikkeçirmə qabiliyyəti kimi parametrlərdən asılıdır.
Temperaturun ölçülməsi üç üsulla aparıla bilir: